Modern.az

Avropada qızıl medal qazanan boksçularımız vətənə döndülər - FOTO

Avropada qızıl medal qazanan boksçularımız vətənə döndülər - FOTO

İdman

16 Aprel 2024, 07:55

Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa çempionatında uğurlu çıxış edən Azərbaycan boksçuları Vətənə qayıdıblar.

 

Modern.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyətinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları iştirak ediblər.

 

Milli komanda qitə birinciliyini iki qızıl medalla başa vurub. Yığmanın heyətində Bilalhəbaşi Nəzərov (48 kiloqram) və Ömər Aslanlı (54 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!