Modern.az

Azərbaycana spirtli içkilərin idxalı yarıbayarı azalıb - STATİSTİKA

Azərbaycana spirtli içkilərin idxalı yarıbayarı azalıb - STATİSTİKA

İqtisadiyyat

24 Sentyabr 2016, 16:56

 

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib.

 

Modern.az-ın “Report”-a istinadən məlumatına görə, 2016-cı ilin ilk 8 ayında 12 052,95 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 4 344,75 min dollar yaxud 26,5% azdır.

 

Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,21%-ni təşkil edib.

 

Komitədən bildirilib ki, təhlil olunan dövr ərzində Azərbaycana ümumilikdə 39 351,09 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2015-ci ilin analoji dövrü ilə müqayisədə 8 550,19 min dollar və ya 17,85% azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,71% təşkil edib.

 

 

 Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü