Modern.az

Bethovenin "Hepatit B"ə yoluxduğu aşkar edilib

Bethovenin

Mədəni̇yyət

24 Mart 2023, 10:14

Dünyaca məşhur alman pianoçu Lüdviq van Bethovenin saçından götürülmüş nümunələr üzərində tədqiqatlar aparılıb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, tədqiqatlar nəticəsində qaraciyər xəstəliyinə və "Hepatit B" virusuna yoluxduğu müəyyən olunub.

 

Sənətçinin ən məşhur xəstəliyi olan eşitmə məhdudiyyətinin dəqiq səbəbini müəyyən etmək mümkün olmayıb.

Tədqiqat aparıcı müəllifi Tristan Beq bildirib ki, genetik risk faktorları, spirt istehlakı Bethovenin qaraciyərindəki xəstəliyi tətikləmiş ola bilər.

 

1770-ci ildə Almaniyanın Bonn şəhərində anadan olan Lüdviq van Bethoven 56 yaşında Vyanada vəfat edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!