7 il müddətinə azadlıqdan məhrum edilən jurnalist Azər İsrafilov həbsdən azad edilib.
Modern.az xəbər verir ki, A. İsrafilov cəzasının başa çatmasına 7 ay 20 gün qalmış məhkəmə qərarı ilə şərti azadlığa buraxılıb.
A. İsrafilov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, vətəndaşın 13 min dollar məbləğində pulunu alaraq qaytarmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Azər İsrafilov əvvəllər ANS, İTV telekanallarında çalışıb.
Gülşən RAUFQIZI