Modern.az

Məşhur aparıcı Fatih Portakal istefa verdi

Məşhur aparıcı Fatih Portakal istefa verdi

Media

24 Avqust 2020, 15:30

Türkiyənin “FOX” Televiziyasının siması, qalmaqallı teleaparıcı Fatih Portakal istefa verib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı bu qərarının səbəbi olaraq "yorğunluğunu" göstərib:

"Hər şeydən öncə sağlamlıq, istirahət və hüzur gəlir. Ailə isə insanın yaşam mənbəyidir. Ona görə də bu qərara gəldim".

Telekanalın rəhbəri Doğan Şentürk Fatih Portakalı fikrindən daşındırmağa çalışdığını açıqlayıb. Lakin aparıcı qətiyyətlə "artıq yoruldum. Özümü təkrarlamağa başlamışam. Mən daha jurnalist kimi işləməyəcəyəm, təqaüdə çıxmaq istəyirəm" cavabını verib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?