Modern.az

İtkin düşmüş şəxslərin meyit qalıqlarının ekspertizasının harada aparıldığı açıqlandı

İtkin düşmüş şəxslərin meyit qalıqlarının ekspertizasının harada aparıldığı açıqlandı

Ölkə

30 Aprel 2024, 12:42

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin aşkar olunmuş meyit qalıqları ilə bağlı aparılan ekspertizalar yalnız ölkə daxilində həyata keçirilir.

 

Modern.az-ın xəbərinə görə, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşı Selcan Familzadə aprelin 30-da keçirilən brifinqdə deyib.

 

Onun sözlərinə görə, bunun üçün bütün zəruri və mütəxəssislər, təcrübəli, ixtisaslı ekspertlər var:

 

“Daha konkret desək, təyin olunmuş ekspertizların icrası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinə tapşırılıb”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ