Modern.az

Gürcüstanda siyasi böhran: Baş nazir Prezidenti "satqın" adlandırıb

Gürcüstanda siyasi böhran: Baş nazir Prezidenti

Dünya

30 Aprel 2024, 12:21

Gürcüstanın baş naziri İrakli Kobaxidze prezident Salome Zurabişvilini satqın adlandırıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, baş nazir ölkə başçısını milli maraqlara xəyanətdə ittiham edib.

 

“Ən kədərlisi odur ki, hələ də qanuni olaraq Gürcüstan prezidenti adlandırılan şəxs bu ölkəyə xaindir, sözün hərfi mənasında o, Gürcüstanın milli maraqlarına xəyanət edir”, - deyə İrakli Kobaxidze iddia edib.

 

“Gürcü Arzusu”nun liderləri iddia edirlər ki, Zurabişvili Gürcüstanın və xalqın maraqlarına zidd olaraq vəziyyəti qarışdırmağa, inqilab təşkil etməyə və hakimiyyət dəyişikliyi olacağı təqdirdə ölkəni müharibəyə sürükləməyə çalışan “radikal müxalifət”ə qoşulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ