Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri açıqlanıb.
Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstəriləcək.
Maliyyə yardımı göstərilən dövr ərzində onlayn media subyektinin (veb-saytın) müvafiq sayda işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.
Maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalamış onlayn media subyekti (veb-sayt) həmin müqavilənin qüvvədə olduğu müddət ərzində hər ayın sonu müvafiq maliyyə vəsaitinin hansı istiqamətlərə xərcləndiyini təsdiq edən sənədləri Agentliyə təqdim etməlidir.
Medianın İnkişafı Agentliyindən Modern.az-a verilən xəbərə görə, müsabiqənin qalibləri aşağıda saytlardı:
Qazet.az
Bizim.media
Azxeber.com
Yenicag.az
Sportinfo.az
Sonxeber.az
Qaynarinfo.az
Sportal.az
Azvision.az
Tezadlar.az
Sia.az
Football-plus.az
Cebhe.info
Editor.az
Bizimyol.info
Apasport.az
Avropa.info
Bakupost.az
7news.az
Demokrat.az
Offisideplus.az
Minval.az
Qol.az
Moderator.az
Yenisabah.az
Publika.az
Visiontv.az
Qafqazinfo.az
Day.az
Sfera.az
Anews.az
Olke.az
Ednews.net
Missiya.az
Azpolitika.az
Matbuat.az
Bakivaxti.az