Modern.az

Qəzzada ölən fələstinli jurnalistlərin sayı 100-ə çatdı

Qəzzada ölən fələstinli jurnalistlərin sayı 100-ə çatdı

Media

24 Dekabr 2023, 14:07

Fələstin-İsrail müharibəsi başlayandan artıq 100 fələstinli jurnalist öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

 

Ötən gün fələstinli jurnalist Məhəmməd Əbu Xveydi həlak olub.

 

Bundan əlavə, "Al Jazeera" telekanalının məlumatına görə, İsrail Qəzzada hərbi əməliyyatlara başladıqdan sonra fələstinli jurnalistlərə və onların yaxınlarına çoxsaylı hücumlar qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?