Modern.az

Mogerini Tehranda hicab bağladı - FOTOLAR

Mogerini Tehranda hicab bağladı - FOTOLAR

16 Aprel 2016, 12:27

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bu gün səhər Tehrana səfər edib.

Modern.az-ın İRNA agentliyinə istinadən verdiyi xəbər görə, Mogerini Tehranda xairic işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

İrana böyük  heyətlə gələn Federika Mogerinini Aİ-nın  enerji, araşdırma və ətraf mühit, idman və sənaye, təhsil və digər məsələlər üzrə yüksək vəzifəli komissarları müşayət edir.

Mogerini İran İslami Şura Məclisinin başçısı Əli Laricani ilə də görüşəcək.

F.Mogerinin səfərində əsas məqsəd Avropa İttifaqı və İran arasında ikitərəfli, regional məsələlər və Aİ-nin Tehranda daimi bürosunun açılmasını müzakirə etməkdir.

Qarşılıqlı bank, ticarət sektorlarında əməkdaşlıq və investisiya qoyuluşu sahələrində də əməkdaşlıq nəzərdən keçiriləcək. 

Qeyd edək ki, Federika Mogerininin İrana səfəri zamanı başına hicab bağlaması həm İran və həm də dünya mətbuatında maraqla qarşılanıb.










Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü