Modern.az

Heydər Əliyev Fondu Gürcüstanda nümayəndəlik açır

Heydər Əliyev Fondu Gürcüstanda nümayəndəlik açır

Təhsil

9 Yanvar 2011, 21:34


Gürcüstanın paytaxtı Tiflis şəhərinin ən qədim hissəsində Heydər Əliyev Fondunun nümayəndəliyi fəaliyyətə başlayacaq. Modern.az-ın məlumatına görə, Fond azərbaycanlıların qədimdən kompakt yaşadığı “Şeytanbazarı” meydanı ərazisində, 18-ci əsrə aid fars hamamlarıın yerində inşa edilir. Amma hamamlar dağıdılmır, restavrasiya edilərək yanında Fonda bina tikilir. Təmir və tikinti işlərinə ötən ildən başlanılıb. Heydər Əliyev Fondunun Gürcüstan nümayəndəliyi bu il fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Fondun nümayəndəliyi Heydər Əliyev parkının yanında inşa edilir. Fondun inşa edildiyi yer Tiflisin ən bahalı hissəsi sayılır.



Lalə Musaqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir