Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində Qətər Dövlətinin xarici işlər naziri Muhammad bin Abdurrahman bin Casim Al Tani ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında münasibətlərin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Modern.az