Modern.az

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyada güclü zəlzələ oldu

Aktual

27 İyun 2016, 14:18

Bu gün Yaponiyanın şimal-şəqrindəki Xonsyu əsas adasında 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Yaponiyanın seysmik xidmət funksiyasını yerinə yetirən Meteorologiya idarəsindən verilən məlumata görə, sunami təhlükəsi yoxdur.

Zəlzələnin əsas ocağı Fukusima prefekturası rayonunda yerləşir. Zərəçəkənlər və dağıntılar barədə məlumat yoxdur. Zəlzələ rayonunda yerləşən “Fukusima-1” Atom Elektrik Stansiyasına da zərər dəyməyib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!