Türkiyədə dövlət çevrilişinə cəhd zamanı ölən və yaralanan şəxslərin sayı açıqlanıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, hadisə nəticəsində 290 nəfər ölüb, 1400 nəfər yaralanıb. Həlak olanlardan 190 nəfəri mülki şəxs və təhlükəsizlik qüvvələrinin əməkdaşı olub. Dövlət çevrilişinə cəhd edənlərdən isə 100 nəfər həlak olub.
Qeyd edək ki, bundan əvvəl 161 nəfərin öldüyü, 1440 nəfərin yaralandığı bildirilirdi.
Modern.az