Modern.az

25 milyon manat məbləğində istiqraz satışa çıxarılacaq

25 milyon manat məbləğində istiqraz satışa çıxarılacaq

21 İyul 2016, 18:14

İyulun 26-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 25 milyon manat məbləğində qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Fond Birjasından məlumat verilib.

 

Hərraca hər birinin nominal dəyəri 100 manat və tədavül müddəti 364 gün olan 100 min istiqraz, eləcə də hər birinin nominal dəyəri 100 manat və tədavül müddəti 182 gün olan 150 min istiqraz çıxarılacaq.

 

İstiqrazların ödəmə tarixi müvafiq olaraq 25 iyul və 24 yanvar 2017-cı ildir.

 

Buraxılışın anderrayteri "PAŞA Kapital" investisiya şirkəti olacaq.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!