Almaniyanın Münhen şəhərində ötən gün 9 nəfəri öldürüb, 21 nəfəri yaralayan şəxsin milliyətcə iranlı olan 18 yaşlı gənc olduğu açıqlanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı gənc qətliam törətdikdən sonra intihar edib.
Onun üzərində heç bir partlayıcı qurğu aşkar olunmasa da, Almaniya və İraq vətəndaşı olduğunu göstərən pasport çıxıb.
Hazırda Almaniya xüsusi xidmət orqanları cinayətkarın han sı motivlərlə qətliam törətməsini araşdırır.
Vüqar İSMAYILOV