Modern.az

TANAP-ın bir hissəsini Malayziya şirkəti tikəcək

TANAP-ın bir hissəsini Malayziya şirkəti tikəcək

Aktual

27 İyul 2016, 20:03

TANAP konsorsiumu Malayziyanın "Sapura Kencana" şirkəti ilə müqavilə imzalayıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, Malayziya şirkəti TANAP layihəsinin Çanaqqala boğazından keçən 18 km uzunluğunda olan hissəsində tikinti işlərini həyata keçirəcək. Şirkət bununla bağlı keçirilən müvafiq tenderin qalibi olub.

Qeyd edək ki, TANAP-ın tikintisinə 2015-ci ildə başlanılıb. İllik 16 mlrd. kubmetr Azərbaycan təbii qazını Türkiyəyə çatdıracaq kəmərin uzunluğu 1 800 km təşkil edəcək.

TANAP-da şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 58%, BP - 12%, BOTAŞ - 30%.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir