Modern.az

Sərhəddə 41 min qutu qaçaqmal siqaret aşkar edildi

 Sərhəddə 41 min qutu qaçaqmal siqaret aşkar edildi

Aktual

9 Avqust 2016, 11:35

Xaçmaz gömrükçüləri Azərbaycana qaçaqmal yolu ilə külli miqdarda siqaretin keçirilməsinin qarşısını alıb.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

 

Baxış zamanı, gömrük nəzarətindən gizlədilmiş şəkildə 41.000 ədəd xarici markalı siqaret aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir