Modern.az

Taksi sürdüyü deyilən əməkdar artist qəzəbləndi

Taksi sürdüyü deyilən əməkdar artist qəzəbləndi

Mədəni̇yyət

22 Avqust 2016, 15:52

Bəzi KİV-lərdə Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ayşad Məmmədovun taksi sürücüsü kimi işə başladığı barədə yayılmış xəbər onun özünü hiddətləndirib.
Modern.az xəbər verir ki, aktor jurnalistləri onun haqqında dəqiqləşdirlməmiş xəbər yazmaqda ittiham edib və buna təəssüfləndiyini deyib:

“Yayılan xəbər doğru deyil. Təəssüf ki, xəbəri mənim özümlə dəqiqləşdirməyiblər. Dolanışıqla bağlı problemim yoxdur ki, taksi sürüb əlavə qazanc əldə edim. Teatrdan əmək haqqı alıram, prezident mükafatçısıyam. Taksi sürsəm belə, burda qəbahət və “şok” yazılacaq bir şey yoxdur. Sadəcə, adımın sənətlə bağlı xəbərlərdə deyil, bu şəkildə hallanmasına təəssüflənirəm”.

Aktyor onun oynadığı tamaşalar, filmlərdə yaratdığım obrazlar barədə susan jurnalistləri belə məsələləri qabartmaqda qınayıb.

A.Məmmədov geniş tamaşaçı kütləsinə Ramiz Əzizbəylinin rejissoru olduğu "Bəxt üzüyü" filmindəki Hüseyn obrazıyla tanınıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü