Sabahdan Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendum ilə əlaqədar təşviqatın aparılmasına başlanılacaq.
Modern.az xəbər verir ki, referendumqabağı təşviqatın aparılmasına sentyabrın 3-də başlanılacaq və sentyabrın 25-i saat 8.00-da dayandırılacaq. Mərkəzi Seçki Komissiyyası üç - "Yeni Azərbaycan", "Bələdiyyə" və Vətəndaş Cəmiyyəti" təşviqat qruplarını qeydə alıb.
Qeyd edək ki, İctimai Televiziyada (İTV) hər təşviqat müddəti 5 dəqiqə (günün müxtəlif vaxtlarında 3 və ya 4 dəqiqə də ola bilər) olmaqla efirin saniyəsi üçün tarif 20 AZN-dən 50 AZN-dək müəyyən edilib. İctimai Radioda isə hər təşviqat müddəti 4 dəqiqə olmaqla efir saniyəsinin tarifi 7 AZN-dən 25 AZN-dək müəyyənləşdirilib. Tarif cədvəlini şirkətin Direktorlar Şurası təsdiqləyib.
Mirmahmud KAZIMOĞLU