Modern.az

SOCAR Gürcüstanda tələbələrin təhsil haqlarını ödəyəcək

SOCAR Gürcüstanda tələbələrin təhsil haqlarını ödəyəcək

Aktual

3 Sentyabr 2016, 21:34

"SOCAR-ın maliyyə dəstəyi ilə Gürcüstanda təhsil alan azərbaycanlı tələbələrin təhsil haqlarının ödənilməsində heç bir problem olmayacaq”.  Modern.az saytı xəbər verir ki, "Report”un məlumatına görə, bunu Gürcüstanda Marneuli rayon ictimaiyyəti ilə görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

“Bizdən asılı olmayan və müəyyən səbəblərdən tələbələrin təhsil haqqının ödənişində problemlər yaşanıb. Amma artıq həmin problemlər öz həllini tapıb və tələbələrin təhsil haqları ödəniləcək”, - SOCAR prezidenti əlavə edib.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır