Modern.az

Televiziyaya hücum: Əməkdaşlar yaralandı - FOTOLAR

Televiziyaya hücum: Əməkdaşlar yaralandı - FOTOLAR

Aktual

4 Sentyabr 2016, 21:16

Sentyabrın 4-də Kiyevdə “İnter” televiziya kanalının binasına hücum olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı telekanalın əməkdaşları xəsarət alıblar.

 

Bundan əlavə, operatorun video kamerası əlindən alınıb. Hüquq-mühafizə orqanları basqınçılardan bir neçəsini həbs edib. Polisə aparılan həmin şəxslərin kimliyi aydınlaşdırılır.

 

Paytaxt polsinin sözçüsü Oksana Blişikim verdiyi xəbərə görə, telekanala gələn təxminən 20 nəfər binada turist çadırı qurublar, özləri ilə təkər də gətiriblər. Sonradan həmin təkərləri yandıraraq binaya tullayıblar, partlayıcı maddə də atıblar. Nəticədə binada yanğın baş verib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir