Modern.az

Təhsil Nazirliyinin "qara siyahısı"...

Təhsil Nazirliyinin "qara siyahısı"...

Ölkə

12 Fevral 2011, 14:46

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında hüquq mühafizə orqanlarının fəaliyyətində lüzumsuz yoxlamalara birdəfəlik son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqlara uyğun olaraq yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş yığıncağı keçirildi.
Həmin iclasda dövlət qurumlarının rəhbərlərinə prezidentin tapşırığının icrası ilə əlaqədar bütün sahələrində mənfi hallarla daha kəskin və sistemli mübarizə aparılması barədə göstərişlər verildi.

Bunun ardınca isə ayrı-ayrı nazirliklər, komitələr və digər dövlər qurumlarında müvafiq addımlar atıldı, korrupsiya və rüşvətxorluğa yol verən əməkdaşlar cəzalandırıldı, eyni zamanda bu barədə ictimaiyyətə məlumatlar verildi.

Təhsil Nazirliyində də korrupsiya və rüşvətxorluqla mübarizəyə həsr olunmuş kollegiya iclası keçiriləcək. Bunu bir neçə gün öncə təhsil naziri Misir Mərdanov deyib.
Bəs iclas nə vaxt keçiriləcək?
Təhsil Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, hələ ki iclasın keçiriləcəyi tarix dəqiqləşməyib. Amma bunun gələn həftə ola biləcəyi istisna edilməyib.

Təhsil Nazirliyi bir müddət öncə élan etmişdi ki, Bakıdakı 26, 37, 61, 79, 110, 141, 192, 208, 228 və 321 nömrəli məktəblərin direktorları işdə yol verdikləri nöqsanlara görə vəzifədən azad olunub, 38, 94, 139, 151, 176, 270 nömrəli məktəblərin direktorlarına müxtəlif dərəcəli töhmət verilib, 146 məktəb direktoruna isə xəbərdarlıq edilib.
Paytaxtın 18, 76, 119 və 258 nömrəli məktəblərindən daxil olan məlumatlara əsasən ayrı-ayrı fənn müəllimləri, sinif rəhbərləri məktəb müdiriyyəti tərəfindən inzibati tənbeh olunublar.
Dəniz Balıq Sənayesi Kollecinin və 6 nömrəli Bakı peşə liseyinin direktorlarına xəbərdarlıq edilib, həmin təhsil müəssisələrinin mühasiblərinə isə töhmət verilib.

Ölkə ictimaiyyəti hazırda təhsil sektorunun rüşvətxorluğun ən çox yayıldığı sahə olduğunu düşünür. İndi hamı gözlərir, maraqlıdır, bu iclasda 2010-cu il ərzində işdən çıxarılanların statistikası təkrar élan olunacaq, yoxsa “qara siyahı”ya yeni adlar əlavə olunacaq...

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü