Modern.az

Güclü parlament, yoxsa güclü prezident institutu?

Güclü parlament, yoxsa güclü prezident institutu?

20 Sentyabr 2016, 15:08

Şahlar ƏSGƏROV,
Professor


Son 100 illik tariximizə baxsaq görərik ki, Azərbaycan çox mürəkkəb tarixi şəraitdə, keçid dövrlərinin burulğanlarında yaşamalı olub. Oktyabr inqilabından (1917) qabaq ölkəmiz Rusiyanın tərkibində müstəmləkə olub. 1918 - ci ilin mayında Azərbaycan öz müstəqilliyini elan edib, müstəmləkə səviyyəsindən dövlət səviyyəsinə  qalxaraq birinci keçid dövrünü yaşayıb.

1920 - ci ilin aprel ayında Demokratik Cümhuriyyət 23 aydan sonra süqut etdi və Azərbaycanda müstəqil Sosialist Respublikası quruldu və ölkə kapitalizmdən sosializmə keçərək ikinci keçid dövrünü yaşadı. Dövlət atributlarında oraq və çəkic öz əksini tapdı.1922 - ci ilin dekabrında Azərbaycan SSRİ tərkibinə qatıldı və ölkə müstəqil dövlət səviyyəsindən yarım müstəqil dövlət səviyyəsinə yendirildi. Cəmiyyət üçüncü keçid dövrünü yaşamalı oldu. 1991 –ci ilin axırında  SSRİ - nin dağılması nəticəsində Azərbaycan müstəqil dövlətə çevrildi. Bu dördüncü keçid yarımmüstəqil dövlətdən müstəqil dövlətə, sosialist quruluşundan liberal - demokratik cəmiyyətə keçid idi. Bayrağımızdakı oraq və çəkici ay və ulduzla əvəz etdik. Bu yeni yaranan dövlət Moskva yönümlü olduğundan xalq dəstək vermədi. Bu səbəbdən də Azərbaycanda beşinci keçid – Moskva yönümlü hakimiyyətdən müstəqil dövlətə keçid baş verdi. Nəticədə Ayaz Mütəllibovu Əbülfəz Əliyev əvəz etməli oldu. Yeni hakimiyyət dövlət quruculuğu ilə yox, sovet dövlət maşınının demontajı ilə məşğul oldu. Bu səbəbdən də xalqın gözündən tez düşdü. Nəticədə Elçibəy hakimiyyətdən getməli oldu və Müstəqil Azərbaycan Respublikası altıncı keçid dövrünü yaşamalı oldu və ölkədə Heydər Əliyev erası başlandı. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə xaosdan nizamlı quruluşa keçid başlandı.

Beləliklə, son 100 ildə ölkəmiz altı dəfə (1991-1993 illər ərzində üç dəfə) keçid dövrünü yaşamalı oldı. Keçid dövrü insanların qarğışa tuş gəldiyi dövrdü. Konturu girintili-çıxıntılı xəritəmiz keçdiyimiz əzablı yollardan xəbər verir. Xəritəmiz tarıximizin inikasıdır. Tut yarpağını qurd yeyən kimi torpaqlarımız qonşularımız tərəfindən son yüz ildə 114 min kv. km-dən 86 min kv km.- ə kimi azaldı.

Keçid dövrlərində bütövlükdə ictimai siyasi quruluş bir sistemdən digərinə keçir. Bu keçidlərdə konstitusiyaya (əsas qanun) müstəsna rol oynayır. Bu keçidlər zamanı ancaq Azərbaycan Sovet Sosialist Respublikasınında nominal konstitutsiya olub, digərlərində isə olmayıb. Yəni bizim konstitusiya təcrübəmiz çox zəifdir.

Konstitutsiya dövlət quruculuğunun basilıca istiqamətlərini müəyyən edir, hakimiyyət bölgüsü aparır, insan və vətəndaşların hüquq və azadlıqlarını və vətəndaşların qüdrətli dövlət qurma arzularının fundamental əsaslarını özündə ehtiva edir.

Bizim yaşadığımız mürəkkəb geosiyasi məkan tələb edir ki, dövlətimiz qüdrətli olsun. Əhali rahat yaşaması üçün dövlət qüdrətli olmalıdır. Sual olunur, belə dövləti güclü parlament, yoxsa güclü prezident institutu ilə qurmaq daha məqsədəuyğundur?        

Bizim pis niyyətli, amalı xoş olmayan bəlli qonşularımız var. Nəzəri cəhətdən bu qonşuların parlamentə təsiri böyükdür. Əgər biz Yaponiya, Danimarka, Böyük Britaniya kimi ada və ya lap ABŞ kimi az qonşulu dövlət olsaydıq konistitutsiyada bugünkü dəyşiliklərə bəlkə də ehtiyac olmazdı. Ancaq nəzərə almalıyıq ki, biz ada dövləti deyilik, qonşularımızın bəzilərinin niyyəti çox məkrlidir. Niyyət isə fəaliyyətin ruhudur.  Bunu 25 il həll edilməyən Qarabağ problemi də təsdiq edir.

1995 - il konstitusiyamız çox mükəmməldir. Bu konstitusiyanın məziyyəti ilə bağlı fikirlərimi “Azərbaycan” qəzetinin 19.05.96 sayında söyləmişəm. İndi hesab edirəm ki, o konstitusiyada biz zamanı çox qabaqlamışıq.
Hər bir müstəqil dövlət iki qlobal  göstərici ilə xarakterizə olunur: adam başına düşən ümumi daxili məhsul (ÜDM) və insan inkişafı indeksi (İİİ). Bizim mövcud konstitusiyamız çox inkişaf etmiş ölkələrin göstəricilərinə uyğundur. Yaddan çıxartmamalıq ki, biz ikinci dünya dövlətiyik. Bu dövlətlər üçün adambaşına düşən ÜDM 15000  dollardan, İİİ isə 0,8 -dən azdır. Birinci dünya ölkələrində (Norveç, Avstraliya, Yeni Zelandiya kimi. Belə dövlətlərin sayı 30-dur) qanunlar mükəmməl olduğundan güclü liderə ehtiyac yoxdur, çünki qanunlar hər şeyi həll edir. Ancaq bizim də daxil olduğumuz  ikinci dünya ölkələrində güclü liderə ehtiyac böyükdür. Azərbaycan Prezidenti İlham Əliyevin S. Sərkisyana tutarlı cavabı bu tezisi təsdiq edir. Üstəlik, Sinqapuru ikinci dünya ölkəsindən birinci dünya ölkələri sırasına lider çıxardı.

Bizim də güclü liderə ehtiyacımız böyükdür. İnanıram ki, xalqımız ümumdövlət mənafeyini, Azərbaycanın gələcəyini üstün tutaraq referenduma gedərək konstitusiyada nəzərdə tutulmuş dəyişiklərə səs verəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü