Modern.az

Baş nazirlə prezidentin sözü çəpləşdi: “Bu, böyük yalan və təxribatdır!”

Baş nazirlə prezidentin sözü çəpləşdi: “Bu, böyük yalan və təxribatdır!”

Dünya

30 Aprel 2024, 15:40

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin prezident Salome Zurabişvilini satqın adlandırdığını və ondan hakimiyyətdə olduğu müddətə görə xalqdan üzr istəməyi tələb etdiyini xəbər vermişdik.

Modern.az-ın məlumatına görə, Kobaxidze bu gün ölkənin Müdafiə Qüvvələri Günü münasibətilə təşkil olunan tədbirdə prezident Salome Zurabişvilini Konstitusiyanı pozmaqda ittiham edərək, onu salamlamaqdan da imtina edib.

“Hər kəs Konstitusiya andını pozduğuna və ölkəyə xəyanət etdiyinə görə cavab verəcək”, - Kobaxidze bildirib.

Zurabişvilinin isə sözügedən tədbirdəki çıxışında bir sıra siyasi bəyanatlar verib, o cümlədən hakimiyyəti kollektiv Qərbdəki tərəfdaşlarından düşmən qazanmağa çalışmaqda ittiham edib.


“Bu gün bəzi insanlar bizim dostlarımızı və həmkarlarımızı Gürcüstanı macəra və qarşıdurmaya cəlb edən hansısa şəxsiyyətsiz müharibənin tərəfi kimi təqdim etməyə çalışırlar. Bu, böyük yalan və təxribatdır”, - deyə o bildirib.

Prezidentin sözlərinə görə, “hamı Gürcüstana qarşı kimin döyüşdüyünü, onun dilini və kilsəsini çox yaxşı bilir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi