Modern.az

Gürcüstanda 2 azərbaycanlı, 3 erməni deputat oldu

Gürcüstanda 2 azərbaycanlı, 3 erməni deputat oldu

Aktual

10 Oktyabr 2016, 11:06

Gürcüstanda keçirilən parlament seçkilərində 2 azərbaycanlı qalib gələrək, deputatlıq mandatı qazanıb.

 

Modern.az-ın Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, Savalan Mirzəyev və Ruslan Hacıyev Gürcüstan parlamentinə keçirilən sekçilərdə deputatlıq mandatını əldə ediblər.

 

İlkin nəticələrə görə, seçkilərdə 3 erməni əsilli namizəd qalib gələrək, deputat mandatı əldə edib.

Onlar Henzel Mkoyan, Samvel Manukyan və Ruslan Pogasyandır. Hər üç namizəd “Gürcü arzusu” partiyasından namizədliklərini irəli sürüblər.

Xatırladaq ki, Gürcüstanda dünən baş tutan parlament seçkilərində Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən “Gürcü Arzusu” 48,61%, Vahid Milli Hərəkat Partiyası 27,04% səs toplayıb. 

Son nəticələrə görə “Vətənpərvərlər Alyansı” 4,99% səs toplayıb və 5%-lik baryeri aşa bilməyib. “Azad Demokratlar” 4,59%, Leyboristlər Partiyası 3,12%, Respublikaçılar Partiyası isə 1,55% səs toplayıb.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir