Modern.az

Azərbaycan və Ermənistan deputatları görüşə bilər - TƏKLİF

Azərbaycan və Ermənistan deputatları görüşə bilər - TƏKLİF

14 Oktyabr 2016, 11:58

AŞPA sədri Pedro Aqramunt AŞPA-dakı (Avropa Şurası Parlament Assambleyası) Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında əlaqə qurmağı planlaşdırır.

 

Modern.az Ermənistanı KİV-nə istinadən xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Armine Naqdalyanla görüşən Aqramunt yaxın vaxtlarda iki ölkənin deputatları arasında görüş təşəbbüsü ilə çıxış edəcəyini deyib.

 

Aqramuntun fikrincə, belə görüşlər AŞPA-nın işinin daha konstruktiv formada davam etməsinə vasitəçi olacaq.

 

 O həmçinin yaxın vaxtlarda Azərbaycan və Ermənistana səfər etmək istədiyini də deyib.

 

Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü