Futbol üzrə Avropa Liqasının qrup mərhələsində III turun oyunlarına start verilib. Modern.az saytı xəbər verir ki, Azərbaycan təmsilçisi "Qəbələ" Fransanın "Sent-Etyen" komandasının qonağı olub. Gözlənildiyi kimi oyunda üstün tərəf rəqib komanda olub. "Qəbələ" ilk hissədə qapısının təhlükəsizliyini qorusa da, ikinci hissədə bunu bacarmayıb. Oyunun 70-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Rikardinyo avtoqola imza atıb. Oyun "Sent-Etyen"in 0:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “Qəbələ” Avropa Liqasının qrup mərhələsində keçirdiyi hər üç oyunda məğlub olub.
Modern.az