Modern.az

Türkiyə Gülənin ordudakı imamını tapana 4 milyon pul verəcək

Türkiyə Gülənin ordudakı imamını tapana 4 milyon pul verəcək

Dünya

25 Oktyabr 2016, 14:31

Türkiyə Daxili İşlər Nazirliyi iyulda hərbi çevrilişə cəhddə ittiham olunan Adil Öksüzün yeri barədə məlumat verənə 4 milyon türk lirəsi həcmində mükafat veriləcəyi barədə elan edib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, daha öncə A.Öksüzün Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri  Fətullah Gülənin Türkiyə Hərbi Hava Qüvvələrində koordinatoru (imamı) olduğu barədə məlumat verilmişdi.

 

Xatırladaq ki, A.Öksüz uğursuzluqla nəticələnən hərbi çevriliş cəhdindəön dərhal sonra "Akıncı" aviabazasında həbs edilib. Lakin ilk istintaq mərhələsindən sonra sərbəst buraxılmışdı.

Qeyd edək ki, bu ilin iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd edib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı