Modern.az

Putin Obama ilə danışıqları uğursuz dəyərləndirib

Putin Obama ilə danışıqları uğursuz dəyərləndirib

Dünya

27 Oktyabr 2016, 21:57

Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq müzakirə forumunun plenar iclasında qeyd edib ki, Suriyada qan tökülməsinin dayandırılması hələlik mümkün deyil. Modern.az saytı xəbər verir ki, bu barədə oktyabrın 27-də, “İnterfax” nəşri xəbər yayıb.

 

Xəbərdə bildirilir ki, Rusiya dövlət başçısı ABŞ prezidenti Barak Obama ilə şəxsi danışıqların nəticəsiz qaldığını bəyan edib.

 

“Uzun müddət aparılan danışıqlar, böyük əziyyətlər və çətin güzəştlərdən sonra terrorçulara qarşı mübarizədə birgə cəbhənin formalaşması gözlənilirdi, lakin bu baş vermədi. Amerika Birləşmiş Ştatlarının prezidenti ilə şəxsi danışıqlarımız da alınmadı”, - Putin əlavə edib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir