“Biz 2008-ci ildən bəri tamam fərqli dünyada yaşayırıq. Daha klassik qayda- qanunlar bu dünyada işləmir. Ona görə də ayrı-ayrı məsələyə yanaşanda da ehtiyatlı olmalıyıq. Xüsusilə büdcə məsələsində mühafizəkar, ehtiyatlı olmalıyıq”-deyə, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov 2010-cu ilin dövlət büdcəsi zərfinin müzakirəsində bildirib. Onun sözlərinə görə, belə bir dünyada ilk növbədə özümüzü qoruyub saxlamağı bacarmalıyıq: “Neftin qiyməti 2010-cu ilin büdcəsində 45 dollar götürülüb. Mən bunu düzgün hesab edirəm. İndi hansı proqnozdan danışırıq”. "Modern.az"