Modern.az

Bakıda marşrut avtobusu yarğana düşdü - FOTO 

Bakıda marşrut avtobusu yarğana düşdü - FOTO 

Aktual

15 Dekabr 2016, 11:56
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.
 
Musavat.com xəbər verir ki, hadisə Zığ şosesində baş verib. 
 
44 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtobus şose ilə hava limanı istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib.
 
Nəticədə avtobus yoldan çıxaraq, şosenin kənarındakı yarğana düşüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur. 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?