Modern.az

İstanbulda terror törədən şəxsin kimliyi AÇIQLANDI

İstanbulda terror törədən şəxsin kimliyi AÇIQLANDI

Dünya

3 Yanvar 2017, 16:11

İstanbulda “Reina” gecə klubunda terror törədən şəxsin adı açıqlanıb. Modern.az saytı Türkiyə KİV-nə istinadla xəbər verir ki, terrorçu Qırğızıstan vətəndaşı, 28 yaşlı Lakhe Maşrafovdur.

Qeyd edək ki,  İstanbulda gecə klubuna daxil olan şəxs insanlara atəş açıb. Nəticədə 16-sı xarici ölkə vətəndaşı olmaqla 39 nəfər ölüb, 69 nəfər yaralanıb.

Həmin şəxs həyat yoldaşı və iki uşağı ilə birlikdə ötən ilin noyabrında Türkiyənin Konya şəhərinə gəlib. Terrorçunun ailəsi saxlanılıb.

 

Aqşin Kərimov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!