Modern.az

Suriyada partlayış: 15 ölü, 45 yaralı

Suriyada partlayış: 15 ölü, 45 yaralı

Dünya

5 Yanvar 2017, 21:17

Suriyanın Cəbla şəhərində partlayış törədilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, törədilən partlayış nəticəsində 15 nəfər ölüb, 45 nəfər isə yaralanıb. Məlumata görə, terrorçu-kamikadzenin idarə etdiyi minalanmış avtomobil şəhər stadionunun qarşısında partladılıb. Partlayış nəticəsində bir neçə binaya ciddi ziyan dəyib, ərazidə dayanmış avtomobillər yanıb. 

Qeyd edək ki,  partlayışa görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək