Azərbaycan Beynəlxalq Bankı rəhbərliyində baş verən dəyişikliklərdən sonra Bankın nizamnamə kapitalının artırılması istiqamətində də real addımların atılmasına başlanıb.
Bu haqda Modern.az-a Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli məlumat verib.
O qeyd edib ki. bankın nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 600 milyon manat məbləğində artırılmasını nəzərdə tutan emissiya prospekti Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyata alınıb.
Beləliklə, ABB-nin nizamnamə kapitalı 1.241,287,247.85 manata çatdırılmış olacaq.
“Nizamnamə kapitalının artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirlərinin tərkib hissəsidir”.
Bankın İdarə Heyətinin sədri Xalid Əhədov belə deyib. Onun sözlərinə görə, ABB-nin kapitalının gücləndirilməsi üçün digər tədbirlər də nəzərdə tutulur.
Gülşən RAUFQIZI