Modern.az

Rusiya və İran Suriya problemini müzakirə edib

Rusiya və İran Suriya problemini müzakirə edib

Dünya

16 Yanvar 2017, 22:24

Rusiya və İran Suriya problemini müzakirə edib. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub. Danışıq Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

 

Məlumata görə, söhbət zamanı Suriyada və onun ətrafında vəziyyətin müzakirəsi davam etdirilib. Nazirlər Astanada keçiriləcək görüş ərəfəsində koordinasiya məsələlərinin zərurətini vurğulayıblar. Lavrov və Zərif həmçinin Rusiya-İran ikitərəfli əməkdaşlıq məsələlərinə toxunublar.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!