Modern.az

BMT Təhlükəsizlik Şurasından Suriya münaqişəsi ilə bağlı BƏYANAT

BMT Təhlükəsizlik Şurasından Suriya münaqişəsi ilə bağlı BƏYANAT

1 Fevral 2017, 09:49

BMT-nin Təhlükəsizlik Şurası Suriya münaqişəsinin tərəflərini fevralın 20-nə nəzərdə tutulan Cenevrə danışıqlarının yeni mərhələsində ilkin şərtlər olmadan iştirak etməyə çağırıb.

Bu barədə şuranın qəbul etdiyi bəyanatda deyilir.

"Təhlükəsizlik Şurasının üzvləri Suriya danışıqlarının bərpasını gözləyirlər, Cenevrədə danışıqların tezliklə başlanmasında BMT-nin Suriya üzrə xüsusi elçisi Stefan De Misturanı dəstəkləyirlər və Suriya tərəflərini qeyd-şərtsiz danışıqlarda iştirak etməyə çağırırlar".

Bəyanatın layihəsi Rusiya nümayəndə heyəti tərəfindən hazırlanıb və BMT TŞ-yə təqdim edilib.

 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!