Modern.az

Lukaşenko: “Putinlə tez-tez dalaşırıq”

Lukaşenko: “Putinlə tez-tez dalaşırıq”

3 Fevral 2017, 15:07

Belarus prezidenti Aleksandr Lukaşenko yerli və xarici KİV nümayəndələri ilə görüşdə Rusiya prezidenti Vladimir Putinlə münasibətlərinə toxunub. Modern.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, o bildirib:

 

“Biz Putinlə doğurdan da dostuq, amma istənilən digər prezidentlərlə müqayisədə tez-tez dalaşırıq”.

 

Lukaşenko Rusiya ilə yanaşı, Ukrayna və Qazaxıstan prezidentləri ilə də yaxın dost olduğunu deyib.

“Nazarbayevlə o qədər yaxınıq ki, bir-birimizə ərklə acıqlana da bilərik”.

 

Eyni zamanda, Belarus prezidenti Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı iddaları şayiə adlandırıb.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir