Modern.az

Goranboyda bir ailənin 3 üzvü qidadan zəhərləndi - Biri öldü  

Goranboyda bir ailənin 3 üzvü qidadan zəhərləndi - Biri öldü   

Aktual

4 Fevral 2017, 17:33

Goranboyda qidadan zəhərlənmə olub.

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Xınalı kənd sakini, 1976-cı il təvəllüdlü İsaq Hüseynov, həyat yoldaşı 1986-cı il təvəllüdlü Səlmi Hüseynova və 9 yaşlı qızı qida zəhərlənməsi əlamətləri ilə Gəncə şəhəri Abbas Səhhət adın 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səylərinə rəğmən, İ. Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. S. Hüseynova və azyaşlı qızının vəziyyətinin isə ağır olduğu bildirilir.

Məlumata görə, Hüseynovlar ailəsinin evində dünən gecə alüminium qazanda mərci supu hazırlanıb. Bir gecə həmin qazanda saxlanılan yeməyi yeyən ailə üzvləri bu gün zəhərlənib.


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir