Modern.az

İranın neft ixracından gəliri 50 milyard dollara çatacaq

İranın neft ixracından gəliri 50 milyard dollara çatacaq

Dünya

11 Fevral 2017, 21:47

İranın növbəti yeni yerli təqvim ilində xam neft və kondensat ixracından gəlirləri neftin qiyməti bir barel üçün 55 dollar civarında qalmaq şərti ilə 45-50 milyard dollara çatacaq. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijan Zanqane açıqlayıb.

 

“İranın gələn il neft ixracından gəlirləri 50 milyard dollara çatacaq”, - deyə o bildirib.

 

Nazirin sözlərinə görə, hazırda İran neftinin ixracı təqribən sanksiyadan əvvəlki səviyyəyə çatıb.

 

“İranın neft və kondensat ixracı son dörd ayda sutkada 2,8 milyon barel təşkil edib. Sanksiya dövrü ilə müqayisədə onlar sutkada 1,6 milyon barel artıb”, — deyə o əlavə edib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!