Modern.az

Qaraciyərin ağ günü

Qaraciyərin ağ günü

Aktual

17 Fevral 2017, 10:28

Son illərdə qaraciyər xəstəlikləri nəinki cavanlaşıb hətta sürətlə ağırlaşaraq bir sıra fəsadlara gətirib çıxarır. Qaraciyər adətən ağrı vermədiyi üçün bəzən onu unuduruq. İbn Sina dediyi kimi “Əgər qaraciyər sağlam olarsa bütün orqanizm sağlam olar”. Qaraciyər elə bir zavoddur ki nə istifadə etsək oranın qapı venasından keçərək dövrana qarışır.

 

Ən geniş xəstəlikləri qaraciyərin piy distrofiyası (alkoqoldan asılı və ya asılı olmayan), virus hepatitləri (xüsusilə Hepatit C), digər sistem və xroniki çatışmazlıqlarla müşaiyət olunan qaraciyər xəstəlikləri və bəzən nəticə olaraq görünən qaraciyər serrozu. Bunların içərisində daha çox kabus kimi görünən Hepatit C xəstəliyi artıq tam sağalır və hətta praktikamda istənilən genotipdə olan pasientlərdə çox gözəl effekt almışam. Bu virus hepatitinin yaratdığı fəsad o qədərdir ki, ölümə belə gətirib çıxarırdı. Çox yaxşı haldır ki bu virusun tam məhv olması tam mümkün oldu. Yanaşı olaraq virus qanda tam bitməklə yanaşı qaraciyəri də qorumaq rahat olur. Qaraciyər qoruyacaq bitkilərdən ənginar, alaqanqal toxumu, zəfəran və s müalicə dövrlərində virus əleyhinə aparılacaq müalicənin yanında yazılır.

 

Qaraciyər xəstəliklərində önəmli yer tutan faydalı hallardan biri də səmərəli qidalanmadır və həyat tərzinə ciddi nəzarət etməkdir. Çünki bizim əksəriyyətimiz ən azı yağlı qaraciyərdən başlayaraq gizli yolla siirotik prosesə çata biləcək qaraciyər xəstəlikləri ilə rastlaşa bilərik. Daha doğrusu rastlaşmamaq da çox vaxt öz əlimizdədir. Praktikamda  kifayət qədər insanların doğru şəkildə özünü rejimə salaraq əla nəticələrin şahidi olmuşam. Üzdə görnə bilməyən və ya əlamət verməyən ətrafımızda o qədər hepatit C xəstələri var ki, amma tez üzərinə düşsələr nə yoluxdurmazlar sağlam insanları, nə də öz orqanizmlərini ağırlaşdırmazlar.

 

Qaraciyər sürprizlərlə qarşılaşır və ya qarşılaşdırır. Yəni ya başqa orqanlarda baş verən dəyişikliklərin probleminə tab gətirə bilmir, ya da özündə baş verəcək hər hansı gizli prosesin qurbanı olur. Adətən ildə 1 dəfə qaraciyər sınaqları və diaqnostikası məsləhətdir (ALT, AST, QQT, USM-qarın boşluğu). Bəzən halsızlıq, yorğunluq, aşağı ətraflarda süstlük, sağ qabırğaaltı nahiyədə ağrı və s. bizləri çaşdırır və başqa səbəblər axtarırıq, əslində bu problemin altında zədələnmiş qaraciyər xəstəliyi kimi fəsadlar da ortaya çıxa bilir.

 

Ən yaxşı müalicə profilaktikadır, yəni xəstələnmədən öncə görülən tədbirlər. Tibbi avadanlıqlar, bərbər vasitələri, qan və başqa vasitələr bu kimi virus xəstəliklərinin yayılmasında başlıca səbəblərdir. Diqqətli olmaq ən yaxşısıdır. Qeyd edəcəyim bu məsləhətlər xüsusilə hepatitli xəstələr üçün müjdədir və qaraciyər kimi orqanı hansısa bu kimi ciddi  virusdan təmziləyərək bərpa etmək keyfiyətli həyat tərziylə ömür sürmək deməkdir.

 

 

 

Avropa Təbiət Elmləri Akademiyasının üzvü, dərman bitkiləri üzrə elmi işçi, Fitoterapiya Mərkəzinin Baş həkimi

Fitoterapevt Elnur Eldar oğlu Rəhimov 

055-304-26-79

//fito.az/

 

//www.facebook.com/fitoterapevt.az/

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?