Modern.az

İŞİD liderinin əmisi oğlu əsir götürülüb - VİDEO

İŞİD liderinin əmisi oğlu əsir götürülüb - VİDEO

Dünya

5 Mart 2017, 21:19

İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin əmisi oğlu əsir götürülüb. Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Yayılan videoda verilən məlumata görə, o, İraq hərbçiləri tərəfindən Mosulun qərb hissəsinin terrorçulardan təmizlənməsi zamanı əsir götürülüb.

Məlumata görə, İŞİD liderinin əmisi oğlunun şəxsiyyəti və onun olduğu yer İraq kəşfiyyatının məlumatı əsasında müəyyən edilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?