Modern.az

Fəzail Ağamalının partiyası müxalifət əleyhinə yeni bəyanat verdi

Fəzail Ağamalının partiyası müxalifət əleyhinə yeni bəyanat verdi

Təhsil

11 Aprel 2011, 11:43

Deputat Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının Mərkəzi Şurasının iclası keçirilib. Mərkəzi Şuranın yekunu olaraq bəyanat qəbul olunub. Modern.az-ın məlumatına görə, AVP Mətbuat xidmətinin yaydığı bəyanatda deyilir:

- Son vaxtlar İctimai Palata adlandırılan qurumun, əslində Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyalarının mitinq keçirməklə bağlı cəmiyyətdə yaratmaq istədikləri ajiotaj mahiyyət etibarilə ölkəmizdə sabitliyi pozmaq, qarşıdurma yaratmaq, Azərbaycanı ötən əsrin 90-cı illərin əvvəllərindəki ağır və fəlakətli duruma salmaqdır. Özləri üçün  xüsusi imtiyazların əldə edilməsinə çalışan radikal müxalifət mitinq keçirmək üçün təklif olunan məkandan düşünülmüş şəkildə imtina etməklə, əhalinin gur, nəqliyyatın intensiv olduqları yerlərdə qarşıdurma yaratmaq məqsədlərini önə çəkməkdə cızdığı planla hərəkət etməkdə və antiazərbaycan əhval-ruhiyyəsini fotmalaşdırmaqdadırlar.

Bu baxımdan  08 aprel 2011-ci ildə Müsavat Partiyasının qərargahında ATƏT-in Bakı ofisinin rəhbəri, səfir A.Cankorel, Avropa Birliyinin Azərbaycandakı səfiri R.Kobia, Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri K.Yerokostopulos, ABŞ-ın, Fransanın, İtaliyanın, Avstriyanın, Norveçin, Polşanın, Bolqarıstanın və digər ölkələrin səfirləri və  diplomatları ilə rəsmi qurum olmayan İctimai Palatanın təmsilçiləri ilə qapalı görüşün keçirilməsi dediklərimizi birmənalı olaraq təsdiq edir.

Biz həmin ölkə səfirlərinin bu addımını Azərbaycanın daxili işlərinə müdaxiləsi və beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndiririk. Güman edirik ki, həmin görüşdə iştirak edən xarici ölkələrin diplomatları mənsub olduqları dövlətin rəsmi mövqeyinin daşıyıcıları deyillər. Onlar Beynəlxalq hüquq normalarını kobud şəkildə pozduqlarına görə izahat verməlidirlər.

Bu gün Azərbaycanla həmin ölkələr arasında münasibətlər yüksək səviyyədədi və bunu dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər, imzalanan birgə bəyannamələr və çoxsaylı sazişlər də təsdiq edir.

Ana Vətən Partiyasının Mərkəzi Şurası bir sıra ölkələrin diplomatlarının söz və mətbuat azadlığı, sərbəst toplaşmaq hüququnun pozulması  ilə bağlı cəfəng fikirlərinin həqiqət olmadığını qeyd edir və Azərbaycana yönəlik çirkin məqsədlərin həyata keçirilməsinə imkan verməmək üçün xalqımızı avantüralara və xəyanətə qarşı səfərbər olmağa və radikal müxalifətin  dağıdıcı hərəkətlərinə qoşulmamağa  çağırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü