Türkiyənin “Sabah” nəşri Qərbin kəşfiyyat xidmətlərini FETÖ-nü dəstəklədiyini yazıb.
Modern.az-ın məlumatına görə, “CIA, BND , MI6 ve FETÖ” başlıqlı yazıda qeyd olunur ki, ABŞ-da daxil olmaqla, bir neçə ölkədə Türkiyədəki 15 iyul dövlət çevrilişinə cəhdi Fətullah Gülənin etmədiyini bildirir.
“Bu kampaniya ilə Qərb kəşfiyyat qrupları FETÖ-nün 15 iyul hərbi çevriliş cəhdini etmədiyini təsdiqləməyə çalışırlar.
Eyni zamanda Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl, ABŞ Nümayəndələr Palatası Kəşfiyyat komitəsinin rəhbəri Devin Nunes və Britaniya İcmalar Palatası xarici işlər üzrə komissiyasının dərc etdiyi hesabat : Hamısı da eyni şeyi deyir: Guya Türkiyə hökuməti 15 iyuldakı çevriliş cəhdinin FETÖ ilə əlaqəsini müvafiq faktlarla isbat edə bilməyib”-deyə yazıda bildirilir.
Qeyd olunub ki, Qərb açıq-açıq bunu deyir ki, Fətullahçı şəxslərin bu çevriliş cəhdinə qoşulmağı onun təşkilat tərəfindən edildiyi mənasına gəlmir.
“Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və BND, bu coğrafiyanı 100 il əvvəl dizayn edən ingilis kəşfiyyatı Türkiyədəki hərbi çevrilişin FETÖ kimi qlobal təşkilat tərəfindən edilib-edilmədiyini necə bilmir? Çox yaxşı bilirlər, amma kimi işin içində başqa hesab var”.
Günay Rəsulqızı