Modern.az

“Taliban” Əfqanıstanda partlayış törətdi: 4 ölü

“Taliban” Əfqanıstanda partlayış törətdi: 4 ölü

Dünya

24 Aprel 2017, 21:14

Əfqanıstanda növbəti dəfə partlayış törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, partlayış Xost şəhərində ABŞ-a məxsus hərbi bazanın yaxınlığında törədilib.

Hadisə nəticəsində 4 əfqan hərbçisi ölüb, daha 8-i yaralanıb.  Yaralılar arasında 2 dinc sakinin olduğu bildirilir.

Qeyd edək ki, partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir