Modern.az

Putinlə Ərdoğan Soçidə Qarabağı müzakirə edəcək

Putinlə Ərdoğan Soçidə Qarabağı müzakirə edəcək

Dünya

28 Aprel 2017, 16:30

Rusiya prezidenti Vladimir Putin mayın 3-də Soçidə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Qarabağ münaqişəsini də müzakirə edəcək.

 

Modern.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, tərəflər Qarabağla yanaşı, digər regional və beynəlxalq problemləri, xüsusən Suriya münaqişəsini də diqqətdə saxlayacaqlar.

 

“Prezidentlər Türkiyə-Rusiya münasibətlərinin bütün spektri, o cümlədən 10 martda Moskvada 6-cı Ali Əməkdaşlıq Şurasının iclasında  əldə olunmuş razılaşmaları da gözdən keçirəcəklər”-deyə Kremlin mətbuat xidməti məlumat yayıb. 

 

Vüqar İSMAYILOV

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!