Modern.az

Sabahın hava proqnozu - XƏBƏRDARLIQ

Sabahın hava proqnozu - XƏBƏRDARLIQ

Aktual

5 May 2017, 12:13

Ölkə ərazisində sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 13-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.


Azərbaycanın rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda yağış tədricən kəsiləcək. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti olacağı gözlənilir.


Xəbərdarlıq

Mayın 7-dək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü