Modern.az

Azərbaycanın paralimpiyaçı cüdoçuları 11 medal qazandı

Azərbaycanın paralimpiyaçı cüdoçuları 11 medal qazandı

Aktual

15 May 2017, 00:49

Azərbaycanın paralimpiyaçı cüdoçuları bu gün "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında daha 7 medal qazanıblar. Modern.az xəbər verir ki, Elçin Talıbov və Ramil Qasımov qızıl medal qazanıb. Paralimpiyaçı cüdoçularımız Bayram Mustafayev və Kənan Abdullaxanlı gümüş, Natiq Talıbov, Rövşən Səfərov və İlham Zəkiyev isə bürünc medal əldə edib.

Ötən gün isə Azərbaycanın qadın paralimpiyaçı cüdoçularından Afaq Sultanova və Ramilə Kaştayeva qızıl, Sevda Vəliyeva və Turanə Ağayeva gümüş medal qazanıblar. Beləliklə, paracüdoçular İslamiadanı 4 qızıl, 4 gümüş, 3 bürünc medalla başa vurublar.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir