Modern.az

Avtobus qəza törətdi: bomj öldü

Avtobus qəza törətdi: bomj öldü

Aktual

25 May 2017, 20:51

Bu gün axşam saatlarında Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az "Trend"ə istinadən xəbər verir ki, Naxçıvanski küçəsi, 26 saylı şəhər poliklinikasının yaxınlığında 81 saylı sərnişin avtobusu piyadanı vurub. Hadisə nəticəsində piyada yerindəcə dünyasını dəyişib. Hadisə nəticəsində ölən şəxsin "bomj" olduğu bildirilib.

Hazırda hadisə yerinə yol polisi xidməti əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!