Modern.az

Prezidentlə hökumət arasında qarşıdurma

Prezidentlə hökumət arasında qarşıdurma

Dünya

29 May 2017, 22:57

Moldova prezidenti ilə hökumət arasında münasibətlər pisləşir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Moldava prezidenti İqor Dodon avropayönlü partiyaların koalisiyasından ibarət hökumət tərəfindən Rusiyanın Kişinyovdakı səfirliyinin 5 əməkdaşının “persona non qrata” elan edilməsini pisləyib.

İ.Dodob bildirib ki, hökumətin qərarı Rusiya ilə münasibətlərin bərpasına qarşı yönəlib: "Düşünürəm ki, bu mənim Kreml ilə konstruktiv dialoqumdan narahat olan qərbin, ilk növbədə ABŞ-ın sifarişidir. Əminəm, onlar bununla ölkəmizi və xalqımızı necə mürəkkəb və riskli vəziyyətə gətirdiklərini anlamırlar. Bu kobud şəkildə atılan addım mənfi nəticələrsiz qalmayacaq".

 

Qeyd edək ki, bu gün beş rusiyalı diplomatdan Moldovanı tərk etmək tələb olunub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!